Rusiya Belarus rəhbərliyini Ukraynaya qarşı müharibəyə məcbur etmək üçün təxribat hazırlayır.
Editor.az “UNIAN” a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Aleksey Reznikov özünün Facebook səhifəsində məlumat verib.
“Belarus xalqına müraciət edirəm. Dostlar, tam əmin olduğumuz və artıq təsdiq edilən məlumata görə, hazırda Rusiya silahlı qüvvələrinin komandanlığı bir sıra qanlı təxribatlar hazırlayır. Həmin qanlı təxribatların içində aviasiyadan istifadə etməklə, Ukrayna ərazisindən Belarusun bir sıra yaşayış məntəqələrinə, o cümlədən Stolin rayonunun Kopani kəndinə zərbələr endirmək də var”, – ukraynalı nazir belə deyib.
//Gülnarə Abasova, Editor.az

