Rusiya Ukrayna gəmisinə zərbə endirdi: bir ölü, bir neçə yaralıbackend

Rusiya Ukrayna gəmisinə zərbə endirdi: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğalçıları Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir gəmisinə zərbə endirib.

Editor.az xəbər verir ki, bu barədə VMS-nin mətbuat katibi Dmitri Pletençuk «Ukrinform»a məlumat verib.

O qeyd edib ki, hücum nəticəsində bir dənizçi həlak olub, bir neçə əsgər yaralanıb. Əksər heyət üzvləri təhlükəsizliyini qoruyub, itkin düşən hərbçilərin axtarışı və zərərin aradan qaldırılması davam edir.

«Əksər heyət üzvləri təhlükəsizdir. Bir neçə dənizçinin axtarışı davam edir. Təəssüf ki, bir dənizçi həlak olub, bir neçə nəfər yaralanıb», — deyə Pletençuk bildirib.

//Samir Qurbanov, Editor.az