Rusiya tərəfi Ukraynada münaqişənin sülh yolu ilə həllinə dair konfransların keçirilməsi ilə bağlı Ukrayna hakimiyyətinin bəyanatlarına maraq göstərmir.
Editor.az bildirir ki, bunu xarici işlər naziri Sergey Lavrov deyib. O, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın Kiyevin ilin sonuna qədər ikinci sülh sammiti keçirmək planları ilə bağlı sözlərini belə şərh edib.
“Ukraynalı nümayəndələrin müxtəlif səviyyələrdə vaxtaşırı səsləndirdiyi məlumatları izləmirəm. Biz bunda maraqlı deyilik”, – Sergey Lavrov bildirib. O, vurğulayıb ki, Rusiyanın Ukrayna ilə münaqişənin həlli məsələsində mövqeyi iyun ayında Xarici İşlər Nazirliyində çıxışında prezident Vladimir Putin tərəfindən açıqlanıb.
“Bu mövqe ardıcıl olaraq praktikada həyata keçirilir, biz məsələni məntiqi yekunlaşdıracağıq”, – diplomat əlavə edib.
//Samir Qurbanov, Editor.az

