Rusiya Ukrayna ilə münaqişəni həll etmək üçün Vaşinqtonla danışacaq, çünki Kiyevdə dialoq aparmağa adam yoxdurbackend

Rusiya Ukrayna ilə münaqişəni həll etmək üçün Vaşinqtonla danışacaq, çünki Kiyevdə dialoq aparmağa adam yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ABŞ-dakı seçkilərdən sonra Ukrayna ilə münaqişəni həll etmək üçün Vaşinqtonla dialoq aparmalı olacaq.

Editor.az bildirir ki, bu sözləri Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib. Onun fikrincə, Kiyevdə dialoq aparacaq heç kim yoxdur. “Biz çox güman ki, ABŞ seçkilərindən sonra danışmağa məcbur olacağıq”, -deə Stepaşin bildirib.

O, hesab edir ki, “musiqini sifariş edən və pulunu ödəyən”lərlə danışmaq lazımdır. Stepaşin Avropada danışıqlar aparanları “görmür”. Onun fikrincə, hazırkı Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronu sələfləri Helmut Kol (1982–1998) və Jak Şirak (1995–2007) ilə müqayisə etmək mümkün deyil. Rusiyanın keçmiş baş nazirinin sözlərinə görə, buna görə də Birləşmiş Ştatlar dialoqda maraqlı olacaq, çünki Ukraynada hərbi əməliyyatların bundan sonra da davam etdirilməsi onlar üçün sərfəli deyil.

Stepaşin qeyd edib ki, Vaşinqton “müdafiə sənayesini zora soxub” və ABŞ-ın böyük dövlət borcları yaranıb. Siyasətçi hesab edir ki, onların ölkəsi “bir gecədə çökə bilər”. “Tarixdə böyük imperiyalar dağılıb: Almaniya, Avstriya-Macarıstan, Çar Rusiyası, Sovet İttifaqı. Onlar da bunu çox gözəl başa düşürlər”, – Stepaşin bildirib.

//Samir Qurbanov, Editor.az