Rusiya Ukrayna ilə sərhədi boyunca 40-dan “İskəndər” yerləşdiribbackend

Rusiya Ukrayna ilə sərhədi boyunca 40-dan “İskəndər” yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ilə sərhədi boyunca 40-dan çox ballistik operativ-taktiki “yer-yer” raket kompleksləri – “İskəndər”lər yerləşdirib.

Editor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski “Yalta Avropa Strategiyası” forumu çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, düşmən beləliklə, ilk növbədə Ukrayna dövlətinin mülki obyektlərini metodik şəkildə məhv edir. “…Rusiya Federasiyası Ukrayna ilə sərhəddə “İsgəndər” raket kompleksinin 46 buraxılış qurğusunu yerləşdirib”, – Skibitski paylaşıb. Minlərlə rus əsgəri və yüzlərlə rus texnikası “Yer üzündən süpürülüb”, Rusiyanın 7 gündə verdiyi itkilər bunlardır.

Qeyd etmək lazımdır ki, “İsgəndər” 9M723 ballistik raketləri, onların modifikasiyası – 9M729 (maksimum uçuş məsafəsinin 500 kilometrə qədər olduğu güman edilir) və R-500 qanadlı raketlərini buraxa bilir. Düşmənin qanadlı raketinin ballistikadan və onun modifikasiyalarından qat-qat böyük məsafə qət etməyə qadir olduğu barədə məlumatlar var.

//Samir Qurbanov, Editor.az