Rusiya-Ukrayna müharibəsi: 85 günün statistikasıbackend

Rusiya-Ukrayna müharibəsi: 85 günün statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynaya qarşı başladığı müharibədə 85 gün (fevralın 24-dən mayın 19-dək) ərzində 28 500 şəxsi heyət üzvlərini, 203 təyyarə, 1254 tank və 595 artilleriya sistemini itirib. Bu barədə Editor.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir.

Təfərrüatlarlar belədir: Şəxsi heyət – təxminən 28,500 (+200) nəfər, tanklar – 1254 (+3) ədəd, zirehli döyüş maşınları – 3063 (+20) ədəd, artilleriya sistemləri – 595 (+9) ədəd, MLRS – 199 (+0) vahid, hava hücumundan müdafiə sistemləri – 93 (+2) ədəd, təyyarə – 203 (+1) ədəd, helikopterlər – 167 (+0) ədəd, əməliyyat-taktiki təyinatlı İHA-lar – 455 (+14) ədəd, qanadlı raketlər – 103 (+1) ədəd, gəmilər / qayıqlar – 13 (+0) ədəd, avtomobil avadanlığı və tankerlər – 2157 (+20) ədəd, xüsusi avadanlıqlar – 43 (+0). Qeyd edək ki, son sutka ərzində düşmənin ən böyük itkiləri Slavyan, Krivoy Roq və Zaporojye istiqamətlərində qeydə alınıb.

Editor.az