Ərzaq təhlükəsizliyi baxımından dünya ilə yaxından əlaqəli olan müharibə səbəbindən dəniz yolu ilə ixracı mümkün olmayan kənd təsərrüfatı məhsulları üçün təhlükəsiz dəhlizinin yaradılmasında Türkiyə üzərinə düşəni etməyə hazırdır. Rusiya və Ukrayna da bu məsələdə əməkdaşlığa yaxındır.
Tərəflərin sözügedən problemlə bağlı prinsipial olaraq razılaşmağa hazır olduğu bildirilir. Digər tərəfdən, gəmilərin çıxış yoluna qoyulan minalarla bağlı qarşılıqlı təminatların verilməli olduğu vurğulanır. Ukrayna Rusiya hərbi gəmilərinin Odessa limanlarına daxil olmasına qarşı mövqe tutur. Rusiya isə Ukraynaya silahların yük gəmiləri ilə daşınmasını istəmir. Ukrayna tərəfi minaları iki həftəyə təmizləməyin mümkün olduğunu bildirir, lakin Rusiya gəmilərinin limanlara daxil olmasının qarşısını almaq üçün öhdəlik tələb edir. Digər tərəfdən, rəsmi Moskva tələb edir ki, gəmilərinə sığorta sahəsində tətbiq olunan sanksiyalar aradan qaldırılmalı və beynəlxalq limanlarda xidmət davam etdirilməlidir.
Bildirilir ki, tərəflər razılaşarsa, İstanbulda qurulması planlaşdırılan mərkəzin müzakirə edəcəyi ilk mövzu kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsizlik dəhlizinin yaradılması olacaq.
//Gülnarə Abasova, Editor.az

