“Rusiya-Ukrayna müharibəsində neqativ dayanıqlılıq davam edir”.
Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda faktiki olaraq müharibənin aktiv döyüş fazasında olmadığı müşahidə edilir:
“Çünki Rusiya kiçik addımlarla Ukraynanın müdafiə və müqavimət qabiliyyətini sıradan çıxarmağa çalışır. Əslində Ukraynanın baş qərargah rəisinin beynəlxalq mətbuata verdiyi sonuncu açıqlama və Zelenskinin dünyadan gözlənilən köməyi Ukraynanın almadığı ilə bağlı narazılığından sonra vəziyyətin daha da gərginləşdiyini müşahidə edirik. Amma faktiki olaraq hazırda Rusiya-Ukrayna müharibəsində ciddi bir dəyişiklik yoxdur.
Müharibənin il sonuna kimi bitmə ehtimalı isə yoxdur. Rusiya-Ukrayna müharibəsi uzun illərə yayılacaq müharibədir. Hətta bu müharibənin passiv dövrləri olsa belə, Rusiya ilə Ukrayna arasındakı münaqişə davam edəcək”.
//Səbinə Hüseynli, Editor.az

