Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? – “Ən tezi…”backend

Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək? – “Ən tezi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynada müharibənin 2022-ci ilin sonuna qədər davam edə biləcəyinə inanır.

Bu barədə CNN rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken avropalı həmkarlarına deyib.

Rəsmi mənbələr müharibənin nə qədər davam edəcəyini proqnozlaşdırmağın çətin olduğunu desələr də, bəziləri Rusiya Prezidenti Vladimir Putinin hədəflərinin dəyişməsinin əlamətlərinin görünmədiyinə diqqət çəkiblər.

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bundan əvvəl müharibənin aylarla və ya daha uzun müddət davam edə biləcəyini söyləyib.

Avropalı rəsmilər isə Ukraynanın şərqindəki döyüşlərin 4-6 ay sürə biləcəyini və sonra prosesin dalana dirənəcəyini iddia ediblər.

Teleqraf.com