Rusiya-Ukrayna müharibəsi: ötən sutka nə baş verib?backend

Rusiya-Ukrayna müharibəsi: ötən sutka nə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə, silah və hərbi texnikaya 3 zərbə endirib.

Editor.az bildirir ki, bu barədə Baş Qərargahın səhər hesabatında deyilir. Orada qeyd elunur ki, raket qoşunları şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 2 əraziyə, eləcə də düşmənin sursat anbarına zərbələr endirib.

Eyni zamanda, işğalçılar Müdafiə Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə 1 raket və 34 hava zərbəsi, MLRS-dən 51 atəş zərbəsi endirib. Nəticədə mülki şəxslər xəsarət alıb, fərdi yaşayış evləri və digər mülki infrastruktura ziyan dəyib.

“Aşağıdakı ərazilər hava zərbələrinə məruz qalıb: Seredina-Buda – Sumı vilayəti; Spornoe, Boqdanovka, Kleşçievka, Toretsk, Severnoye, Novobaxmutovka, Avdeevka, Novomikhailovka, Uqledar, Urojaynoye, Staromayorskoye – Donetsk vilayəti. Bundan əlavə Xarkov, Luqansk, Donetsk, Zaporojye, Dnepropetrovsk və Xerson vilayətləri artilleriya atəşinə də məruz qalıblar”, – departament əlavə edib.

//Samir Qurbanov, Editor.az