Rusiya-Ukrayna müharibəsi : Rus hava hücumunun hədəfinə çevrilən doğum evibackend

Rusiya-Ukrayna müharibəsi : Rus hava hücumunun hədəfinə çevrilən doğum evi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna rəsmiləri gün ərzində Kiyev və ətraf ərazilərə Rusiya HHQ tərəfindən endirilən aviazərbələrdə doğum evi və uşaq xəstəxanalarının da hədəfə çevrildiyini bildirib. Hücum nəticəsində doğum evində biri uşaq olmaqla, üç nəfərin öldüyü barədə məlumat verilib.

Editor.az “BBC” yə istinadla xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskiy bunu müharibə cinayəti adlandırıb və ciddi zərər görmüş adı çəkilən obyektlərdən görüntülər paylaşıb.

Mariupol şəhərinin daxil olduğu Donetsk vilayəti administrasiyasından bildirilib ki, ölənlər və yaralananlar arasında uşaqlar yoxdur. Bu hücumun razılaşdırılmış atəşkəs zamanı olduğu da rəsmi Kiyev tərəfindən təsdiqlənib.

Mariupol şəhər şurası hava zərbələrinin şəhər infrastrukturun dağılmasına səbəb olduğunu qeyd edib. Yanmış binaların, yararsız hala düşmüş avtomobillərin, xarabaya çevrilmiş xəstəxanaların və açılan geniş partlayıcı katerlərinin görüntüləri yayılıb.

//Sərxan Həsənov, Editor.az