Rusiya-Ukrayna müharibəsi: Üstünlük kimin əlindədir?-ŞƏRHbackend

Rusiya-Ukrayna müharibəsi: Üstünlük kimin əlindədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov qeyd edib ki, Kreml başa düşür ki, onlar Ukraynada öz məqsədlərinə nail ola bilmirlər, ona görə də artıq danışıqlar üçün yalvarırlar.  Bir çox ekspertlər isə müharibənin ildönümünə qədər Rusiyanın bir uğur əldə etməsinin vacib olduğunu vurğulayır.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov qeyd edir ki, bu gün Ukraynanın vəziyyəti bir neçə ay əvvələ nisbətən daha gərgindir:

“Rusiyanın səfərbərlik elan etmək istəyi, öz müttəfiqindən silahlar alması və Ukrayna daxilində yaranan fikir ayrılıqları, istefalar ondan xəbər verir ki,  rəsmi Moskva müəyyən qədər istəklərinə nail olmağa çalışır, real addımlar atır. Doğrudur, Rusiya istədiyi müddət ərzində böyük uğurlara nail ola bilməyib, amma hazırda soyuq qış aylarında Moskvanın üstünlüyü açıq şəkildə görünür. Baxmut şəhəri ətrafında döyüşlərin getməsi ilə bağlı məlumatlar da var, hesab edirəm ki, bu məsələdə Ukraynaya silahlar verən, yardım edən Qərb dövlətlərinin də müəyyən rolu var. Bir neçə aydır ki, müharibənin gedişində dönüş yarada biləcək silahların verilməsi ilə bağlı sadəcə fikirlər səsləndirirlər, amma, real addımlar atılmır. Bu da döyüşlərə çox ciddi təsir göstərir. Həmin silahlar vaxtında Ukraynaya verilsəydi, müharibənin gedişində əsaslı dönüş yaranmış olacaqdı”.

Politoloqun fikrincə, Rusiyanın ağır texnikalara malik olması prosesdə ciddi effekt yaradır:

” Təbii ki, rəsmi Kiyevin də  üstünlükləri var. İnsanlar öz torpaqları uğrunda mübarizə aparır.  Bu amilin də rolu böyükdür. Ukraynaya həm humanitar, həm də hərbi dəstəyin verilməsi Rusiya ilə müharibədə böyük üstünlük əldə etməsinə səbəb olmuşdu. Amma hazırda Ukraynanın üstün olduğunu demək olmaz. Rusiyanın daha əvvəl səsləndirdiyi kimi yanvar ayında şiddətli münaqişənin olacağı fikri də reallaşdı. Rusiya üstünlüyü ələ alıb Ukraynanı masaya oturtmağa çalışır”.

//Safura Bənnayeva, Editor.az