“Rusiya-Ukrayna müharibəsində böyük dönüş: 2023-cü ilin…”-Ekspertdən AÇIQLAMAbackend

“Rusiya-Ukrayna müharibəsində böyük dönüş: 2023-cü ilin…”-Ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna-Rusiya müharibəsi ilk gündən bütün ssenariləri sındırıb. Tərəflər bir neçə ay bərabər səviyyədə idilər, amma, indi Ukrayna üstünlük əldə edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, bir neçə dəfə ABŞ, Avropa Birliyi və s. Ukraynaya hərbi dəstəyin güclənməsi istiqamətində addımlar atıb :  “”HİMARS” və “Patriot” raket sistemləri verilir. Bunlarda elə bir raket sistemləridir ki, hücumların qarşısını almaq Rusiya üçün olduqca çətindir. İran raketləri ilə müqayisədə Qərb raketləri daha üstün görünür.

Yanvarın 1-də Donetsk vilayətinin Makiyevka şəhərində rus əsgərlərinin müvəqqəti yerləşdirildiyi kazarma tipli bina partladılıb. Burada Rusiyanın  itkilərinin çox olduğu açıqlanıb.
Bu gün texniki və mənəvi-ideoloji cəhətdən müharibədə Ukrayna üstünlük əldə edib. Amma Rusiyanın da İrandan aldığı və özünün müharibə müddətində gizli saxladığı silahlar var. Ehtimal olunur ki, həmin silahlar üçüncü ölkədən alınır. Lakin bunun hansı ölkə olduğu dəqiqləşdirilməyib”.

Politoloqun sözlərinə görə, müharibənin bu mərhələsi havadan hücum taktikası ilə davam edir: “Keçən ilin mart,aprel aylarında Rusiyanın Ukrayna daxilində quru qoşunlarındakı bərbad vəziyyət bu il eyni addımların atılmasının qarşısını alacaq.

Ümumilikdə hərbi-texniki hazırlıq mərhələsi Rusiyada ürəkaçan deyil. Ukrayna müəyyən mənada üstünlük qazanıb. Bunun da əsas səbəbləri var. Rusiya öz cəmiyyətinə və əsgərlərinə bu müharibənin “ədalətli müharibə” olmasına inandıra bilməyib.

Müharibəyə inanmadan, qardaş qanını tökən müharibə olduğunu bildikləri üçün rus əsgərləri ruhən zəifdirlər. Amma Ukrayna tərəfi xəyanətkar qardaşdan özünü müdafiə edir.
Düşünürəm ki, mart ayına qədər vəziyyət bu formada irəliləyəcək. Böyük dönüş isə 2023-cü ilin martında olacaq”.

//Safura Bənnayeva,Editor.az