Rusiya-Ukrayna müharibəsində həllidici həftələr başlayırbackend

Rusiya-Ukrayna müharibəsində həllidici həftələr başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada bir neçə ay ərzində ləng və ağrılı gedən müharibə qış yaxınlaşdıqca yenidən qızışır. Münaqişə gözlənilməz və yeni mərhələyə doğru irəliləyir.

Editor.az xəbər verir ki, bu barədə CNN nəşrinin ekspertləri bildiriblər. Onlardan biri, “Chatham House”un Rusiya və Avrasiya üzrə baş əməkdaşı Keir Gilesin sözlərinə görə, “bu, bizim müşahidə etdiyimiz üçüncü, dördüncü, bəlkə də beşinci müharibədir. Rusiya raketlərinin hücumlaru Ukrayna Silahlı Qüvvələrinin davamlı uğurları və Krım körpüsündəki güclü partlayışla müşayiət olundu”.

Ekspertlərin fikrincə, bu, Rusiyanın psixikasına zərbə vurdu və Ukraynaya əhəmiyyətli strateji təkan verdi. Soyuq ayların yaxınlaşması ehtimal ki, quru döyüşlərinin ləngiməsinə səbəb olacaq, müharibənin növbəti həftələri kritik olacaq, ekspertlər bildirirlər. Ruslar isə qış başlamamış cəbhə xəttində çökmənin qarşısını almağa çalışacaqlar. “Ukraynanın qələbəsi adlandırıla biləcək və uzaq perspektivi kimi görünən bir şey indi daha inandırıcı olub” – Giles deyib. Ekspertlər son hadisələr fonunda “Rusiyanın reaksiyasının yəqin ki, daha da kəskinləşəcəyini” ehtimal edirlər.

  //Samir,Editor.az