Dünyada yalnız bir ölkə var ki, Ukrayna böhranından faydalanır.
Editor.az bildirir ki, bunu BFM TV-nin efirində iqtisadçı ekspert Mark Tuatti deyib. Onun sözlərinə görə, söhbət Rusiya neftinin sonradan yenidən satışından və emalından yaxşı qazanc əldə edən Hindistandan gedir: “Hindistan Ukraynadakı münaqişədən keçməkdən faydalandı, çünki ruslar indi Hindistana küllü miqdarda neft satırlar ki, bu, əvvəllər belə deyildi. Hindistanda neft emal olunur və daha sonra digər ölkələrə, o cümlədən Avropaya satılır”.
Xatırladaq ki, Avropa İttifaqı nəhayət ki, Rusiyadan gələn neftin qiymət tavanını təsdiqləyib. Müvafiq reliz Aİ-nin rəsmi jurnalında Rusiya neftinin marjinal qiymətini göstərən cədvəllə birlikdə dərc edilib. Sənədə görə, bu, bir barel üçün 60 dollardır.
//Samir Qurbanov,Editor.az

