NATO-ya üzv ölkələr Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün müxtəlif ssenariləri müzakirə etməyə başlayıblar.
Editor.az bildirir ki, “Bloomberg” bu barədə dekabrın 4-də anonimlik şərti ilə vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb. Materialda deyilir ki, atəşkəs üçün ehtimal olunan variantlardan biri demilitarizasiya zonasının yaradılmasıdır. Alyansın yüksək səviyyəli diplomatı qeyd edib ki, bu halda, çox güman ki, o, Avropa qoşunları tərəfindən qorunacaq və patrul ediləcək.
Digər yüksək rütbəli qərb diplomatı Ukraynadakı qeyri-müəyyən vəziyyət və onun yaxın vaxtlarda başlayacağını bildirən danışıqlar fonunda müharibənin dayandırılması ssenarilərinin müzakirə edildiyini deyib. Həmçinin variantların köməyi ilə avropalı müttəfiqlər ABŞ seçkilərində qalib gələn Donald Trampa nümayiş etdirə bilərlər ki, danışıqlar konkretləşərsə, Aİ nüfuzlu ittifaq olaraq qalacaq.
Eyni zamanda “Bloomberg” qeyd edib ki, müzakirələr NATO-nun baş katibi Mark Ruttenin diqqəti Ukraynaya silah tədarükünün artırılmasına yönəltdiyi və hər hansı atəşkəsi arxa plana keçirərək rədd etdiyi zaman baş verib. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatların trayektoriyasının dəyişməsi onun cəbhə xəttinin qərbə doğru hərəkət etdiyi yerdə möhkəm mövqeyini təmin etmək zərurəti deməkdir.
//Samir Qurbanov, Editor.az