Rusiya-Ukrayna müharibəsinin 18-ci günündə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynada çağırışçılardan istifadə etməyəcək.
Digər tərəfdən isə Rusiyanın xüsusilə sanksiyalardan sonra müharibəni davam etdirmək niyyətində olmadığı iddia edilir.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs, Ukraynaya müdaxilənin Rusiya üçün planlaşdırıldığı kimi getmədiyini diqqətə çəkərək Moskvanın transatlantik birlik və Ukrayna müqaviməti ilə qarşılandığını bildirib. Eyni zamanda, ABŞ-dan diqqətçəkən bir açıqlama gəlib. ABŞ Rusiyanın böyük itkilər verdikdən sonra Ukraynaya müdaxiləsi üçün Çindən silah və yardım istədiyini iddia edib. ABŞ rəsmiləri deyirlər ki, Rusiya prezidenti Vladimir Putinin hərbi texnika tələb etmək üçün Çinə qayıtması ehtimalı yüksəkdir.
Eyni zamanda xarici KİV-də yer alan xəbərlərə görə, İtaliyanın paytaxtı Romada Çinin baş diplomatı Yang Jiechi ilə görüşəcək ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan, Pekinə Moskvaya Ukraynadakı müharibə səbəbiylə qarşılaşdığı hərtərəfli sanksiyalardan yaxa qurtarmasına kömək etdiyinə görə xəbərdarlıq edəcək.
//Gülnarə Abasova, Editor.az

