Ukraynada münaqişə başlayandan bəri 1 milyondan çox insan ölüb və ya yaralanıb.
Editor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib. Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri davam edən döyüş bölgəsində hər həftə 10 mindən çox insan ölür və ya yaralanır.
Ruttenin Şimali Atlantika Alyansının saytında verilən sözlərinə görə, münaqişənin hər günü daha böyük dağıntılara və qurbanlara səbəb olur.
Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın Kyodo agentliyinə müsahibəsində deyib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiyanın xüsusi hərbi əməliyyatı (SVO) zamanı 80 mindən az hərbçi itirib. Bir gün əvvəl, dekabrın 12-də Rusiya Müdafiə Nazirliyi təkcə Kursk vilayətində Ukrayna hərbçilərinin itkilərinin 40 min nəfəri keçdiyini bildirib.
//Samir Qurbanov, Editor.az