Rusiya-Ukrayna müharibəsinin aktiv fazası nə vaxt bitəcək? General açıqladıbackend

Rusiya-Ukrayna müharibəsinin aktiv fazası nə vaxt bitəcək? General açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin aktiv fazası bu ilin sonuna qədər başa çata bilər.

Editor.az xəbər verir ki, bu proqnozu ukraynalı general-mayor Dmitri Marçenko verib.

“Mən çox nadir hallarda proqnoz vermək öhdəliyi götürürəm, lakin bu, uzun sürməyəcək. Nə onlar, nə də bizim üçün. Bu, ilin sonuna qədər mütləq sona çatacaq aktiv fazadır”, – general hesab edir.
Marçenko onu da vurğulayıb ki, işğal olunmuş ərazilərin azad edilməsinin tarixi bir neçə amildən, xüsusən də Qərb silahlarının tədarükündən asılı olacaq.
“Onlar da (ruslar- red.) qorxurlar, müqavimət göstərməliyik. Onları döyüb qovacağıq, bura bizim torpağımızdır, biz heç kimdən qorxmuruq və heç kimi bura buraxmayacağıq”, – Maçenko belə deyib.

Editor.az