Rusiya-Ukrayna müharibəsinin BİRİNCİ İL DÖNÜMÜNDƏ: Üstünlük hansı tərəfdədir?- Tofiq Abbasov ŞƏRH EDİRbackend

Rusiya-Ukrayna müharibəsinin BİRİNCİ İL DÖNÜMÜNDƏ: Üstünlük hansı tərəfdədir?- Tofiq Abbasov ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsinin başlamasında bir il keçir. Buna baxmayaraq hələ də heç bir tərəf açıq şəkildə ütünlük əldə edə bilməyib. Ancaq Rusiyanın potensial imkanları çox genişdir və təsadüfi deyil ki,  Qərb dövlətləri yenidən Ukraynaya göndərilən dəstəyin həcminin artırılmasını gündəməyə gətirirlər”.

Bu fikirləri Editor.az-a politoloq Tofiq Abbasov müharibənin birinci ildönümü ilə bağlı şərhində deyib.

Politoloq Qərb dünyasının bir çox aparıcı liderlərinin antiRusiya cəbhəsini formalaşdırmaqda qətiyyən göstərdiyi qənaətindədir:

” Bunun Münxen Təhlükəsizlik Konfransındakı çıxışlarda şahidi olduq. Onların fikirlərində sülh formatını təsis etmək niyyəti yoxdur ki, heç olmasa Moskva ilə Kiyev arasında təmaslar yaransın. Cəbhə xətti genişlənərsə, Rusiyanın imkanları daha üstündür. Rusiya daha dağıdıcı taktikadan istifadə edir. Şəhərlərin infrastrukturu dağıdılır, mülki obyektlərə zərbələr endirilir. Bu, yolverilməzdir və hərbi münaqişə prinsiplərinə uyğun gəlir. Təkcə Ukrayna yox, bütün dünya xalqları təəccüb və təəssüf hissi içindədir. Ancaq mübağiləsiz üstünlük Rusiyanın tərəfindədir. Çünki Rusiya ilə Ukraynanın geosiyasi və geoiqtisadi göstəriciləri bərabər deyil. Digər tərəfdən söhbət əgər uzunmüddətli müharibədən gedirsə, xüsusilə Rusiya öndədir”.

T. Abbasovun sözlərinə görə, Ukrayna siyasi rəhbərliyi nə qədər tez sülh barədə düşünsə, təkliflərə razılıq versə bir o qədər qazanmış olar:

“Qərbin qızışdırıcı mövqeyi getdikcə müharibəni daha da alovlandırır. Bu, qorxuducudur. Çünki Rusiya nüvə silahları ilə bağlı müqaviləni müvəqqəti olaraq dayandırdı. Bununla artıq strateji nüvə silahlarından istifadə edə biləcəyi barədə xəbərdarlıq edir. Buna yol vermək olmaz. Qərb gərək öz mövqeyində düzəlişlər etsin. Çünki həqiqətən də hazırkı vəziyyətdə antiRusiya cəbhəsini formalaşdırmaq çox təhlükəli trendə çevrilir. İndi hamını maraqlandıran yalnız bir sual var. Üçüncü Dünya Müharibəsi olacaqmı? Hesab edirəm ki, artıq yeni müharibənin leymotivi baş verir. Məhz Avropanın şərqində elə bir səhnə yaranıb ki, orada çox təhlükəli və dəhşətli oyunlar gedir. Odur ki, bu proseslərdə Rusiyanın geriyə yolu yoxdur. Çünki hadisələri müharibə yox, xüsusi hərbi əməliyyat adlandırır. Ona görə ki, İkinci Dünya Müharibəsinin nəticələrinə görə  BMT səviyyəsində 4 ölkəyə qarşı (ABŞ, Sovet İttifaqı, İngiltərə və Çin) ətrafda faşizim nasizm qüvvələri baş qaldırarsa, onlara qarşı xüsusi tədbirlər görülməlidir. Rusiya indi Sovet İttifaqının varisi kimi bu alətdən istifadə edir və bildirir ki, qonşuluğunda nasisizm qüvvələri baş qaldırıblar. Onlar hakimiyyətə gələrək rusdilli xalqa divan tuturlar. Bu əsaslarla Rusiya “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəyə  başlayıb. Odur ki, bu müharibə hələ uzun  çəkəcək. Buna sevinən  dövlətlər çoxdur. Ancaq bəşəriyyət üçün hər iki tərəfi  masa arxasına oturtmaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az