Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix açıqlandıbackend

Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə müharibə yazın sonunda bitəcək. Editor.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini, general-mayor Vladimir Qavrilov “Sky News”a müsahibəsində deyib.

Qavrilov hesab edir ki, Ukrayna qüvvələri dekabrın sonuna qədər Krıma qayıda biləcəklər. O, həmçinin Rusiyadan nüvə hücumu ehtimalını az olduğunu bildirməklə yanaşı, bunun Silahlı Qüvvələrin bütün əraziləri azad etməsinə mane olacaq təhlükə olmadığını da qey edib.

“Ukrayna cəmiyyətində belə bir qərar var ki, sona qədər gedəcəyik”. Xatırladaq ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov 2022-ci ilin sonuna qədər ukraynalıların cəbhədəki vəziyyətlə bağlı “yaxşı xəbərlər” alacağını bildirmiş, lakin müharibənin bitəcəyi tarixi açıqlamaqda tərəddüt etmişdi.

  //Samir Qurbanov,Editor.az