Rusiya Ukrayna müharibəsinin ən kritik 10-cu GÜNÜ: Böhranı daha da dərinləşdirəcək açıqlamalar gəlməkdə davam edirbackend

Rusiya Ukrayna müharibəsinin ən kritik 10-cu GÜNÜ: Böhranı daha da dərinləşdirəcək açıqlamalar gəlməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin 10-cu günü ən kritik günlərindən biri kimi qiymətləndirilir.

Editor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, yerli xalq və ordu paytaxt Kiyevə girməyə çalışan rus qoşunlarına qarşı güclü müdafiə xətti qurub. Şəhər tez-tez partlayışlar və siren səsləri eşidir.

Digər tərəfdən isə ABŞ/NATO, Ukrayna və Rusiyadan böhranı daha da dərinləşdirəcək açıqlamalar gəlir.

Ukrayna prezidenti  NATO-nun Ukraynanın hava məkanını bağlaması ilə bağlı mövqeyinə reaksiya verib.Ukrayna lideri Volodimir Zelenski  dünən axşam diqqət çəkən çıxışı ilə ilk dəfə NATO-nu tənqid edib:

“Bu gündən etibarən bütün ölənlər sizə görə öləcək”.

Rusiya isə NATO-nu Ukrayna müharibəsində aktiv fəaliyyət göstərməməkdə ittiham edərək Ukrayna hava məkanının səmaya bağlı olmamasına reaksiya verib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitriy Peskov çıxışında sanksiya qərarlarını diqqətə çəkərək “Əgər bu sanksiyaların məqsədi Putinə dəstəyin qarşısını almaqdırsa, o zaman bu sanksiyaların uğurlu olmaq şansı yoxdur”- deyib.

Ağ Ev isə Rusiyanın mülki şəxslərə hücumunu “müharibə cinayəti” kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az