Rusiya-Ukrayna müharibəsinin taleyini bu iki şəhər həll edəcəkbackend

Rusiya-Ukrayna müharibəsinin taleyini bu iki şəhər həll edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri hazırda Ukrayna qoşunlarının işğalı altında olan ən azı iki böyük şəhəri nəzarətə götürsə, Kiyev rejimi çox güman ki, sülh danışıqlarını təklif edəcək.

Editor.az xəbər verir ki, bu proqnozla politoloq Sergey Markov çıxış edib. Onun sözlərinə görə, bir şəhəri götürsək, sülh sazişindən danışa bilərik. İkisini götürsək, qərblilərin özləri bunu bizə təklif edəcəklər. Siyasətçi bu məqsəd üçün uyğun olan beş şəhərin adını da çəkib: Dnepr, Nikolayev, Odessa, Xarkov və Xerson.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada münaqişənin necə dayandırılması ilə bağlı ciddi təklif olarsa, Rusiyanın danışmağa hazır olduğunu bildirib. Rusiya XİN rəhbəri vurğulayıb ki, təklifdə Rusiyanın maraqları nəzərə alınmalıdır. Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev Moskva ilə Kiyev arasında birbaşa diplomatik danışıqların necə mümkün olması barədə danışıb. Onun fikrincə, Kiyev hakimiyyətinin tələbi ilə görüşlər və diplomatik məsləhətləşmələr heç vaxt bərpa olunmayacaq.

  //Samir Qurbanov, Editor.az