“Nəinki Qarabağda, bütün Postsovet məkanındakı separatçı rejimin arxasında Rusiya dayanır. Qarabağdakı erməni separatçılarını da son anda Rusiya xilas etdi. Əks təqdirdə Azərbaycan erməni terrorçuları məhv edəcəkdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə,baş verən proseslər fonunda Azərbaycan qanunsuz erməni silahlı birləşmələrini blokdaya alıb:
“10 noyabr razılaşmasına uyğun olaraq erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalı idi. Çıxılmaz vəziyyətdə qalan erməni terrorçuları Rusiyadan kömək istəyir. Rusiyanın başı Ukrayna hadisələrinə qarışdığı üçün onlar sanki diqqətdən kənar qalaraq ikinci plana düşüb”.
Ə. Məmmədlinin sözlərinə görə Azərbaycan yaranmış vəziyyət istifadə etməlidir:
“Rusiya-Ukrayna müharibəsinin yaratdığı boşluqdan Azərbaycan istifadə edərək Qarabağdakı problemlərini həll etməlidir. Görünür, rəsmi Bakı da bu istiqamətdə proseslərə başlayıb. Bu məsələ isə erməniləri çox narahat edir”.
//Gülnarə Abasova, Editor.az

