Rusiya-Ukrayna mühüm gəlişmə: Zelenski açıqladıbackend

Rusiya-Ukrayna mühüm gəlişmə: Zelenski açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunları Kiyev vilayətindən sıxışdırıb çıxarmağa başlayıblar.

Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski günün yekunlarına dair ənənəvi videomüraciətində danışıb.

“Ordumuz Kiyev bölgəsində irəliləyir, Ukrayna ərazisi üzərində nəzarəti bərpa edir”, – deyə o bildirib. Prezident əlavə edib ki, ukraynalı hərbçilər İrpendən işğalçıları qovub, həm də onları Kiyevdən sıxışdırmağa başlayıblar.

Zelenski vurğulayıb ki, Kiyev vilayətinin bu hissəsində təhlükəsizlikdən danışmaq hələ tezdir: “Çünki döyüşlər davam edir və Kiyev vilayətinin şimal hissəsini hələ də ruslar əlində saxlayır”.

Bundan əlavə, Zelenski əlavə edib ki, böyük canlı qüvvə və hərbi texnika itkisinə baxmayaraq ruslar lazımi nəticə çıxarmayıblar: “Onlar bu baş verənlərin onların hər birinin başına gələcəyini hələ dərk etməyiblər. Ona görə döyüşlərin getdiyi bütün ərazilərdə, o cümlədən Kiyev, Sumı, Çerniqov, Xarkov vilayətləri, Donbass və Ukraynanın cənubunda vəziyyət gərgin olaraq qalır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Aretoviç bundan əvvəl mətbuata açıqlamasında rusların öz qüvvələrini Mariupol istiqamətinə və JFO zonasına köçürmək niyyətində olduğunu bildirmişdi.

Onun sözlərinə görə, bu vəziyyət Rusiyanı qoşunlarını Ukraynanın qalan hissəsindən tamamilə çıxarmağa məcbur edəcək.

//Fərrux, Editor.az