Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə Türkiyədə keçiriləcək danışıqlarda bitə bilərdi.
Onun fikrincə, bu baş vermədi, çünki Kiyev üçün qərarları başqa ölkələr verir. “Ukraynada sülh İstanbulda – müharibənin lap əvvəllərində əldə edilə bilərdi. Amma bu baş vermədi, çünki Ukraynada sülhlə bağlı qərarı Ukraynadan olmayan və Rusiya ilə son ukraynalıya qədər döyüşmək istəyən ölkələr və siyasətçilər verir”, – deyə cənab Vulin RİA Novosti-yə bildirib.
Xatırladaq ki, 2022-ci il martın sonunda – Rusiya qoşunlarının Ukraynaya daxil olmasından bir ay sonra – İstanbulda Moskva və Kiyev nümayəndələri arasında üzbəüz danışıqlar aparılmışdı.
//Samir Qurbanov, Editor.az