Rusiya-Ukrayna münaqişəsi yaxın gələcəkdə başa çatacaq – Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqbackend

Rusiya-Ukrayna münaqişəsi yaxın gələcəkdə başa çatacaq – Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna münaqişəsinin yaxın gələcəkdə bitəcəyinə əminliyini bildirib.

O, keçmiş administrasiyanı münaqişənin bütün tərəfləri ilə danışmaq istəmədiyinə görə tənqid edib. “Mən onun (ABŞ Prezidenti Donald Trampın) bu münaqişə ilə nə etmək niyyətində olduğuna çox müsbət yanaşıram. Və mən onun (fikirinə) tam əminəm ki, bu müharibə yaxın gələcəkdə başa çatacaq”, – Kelloq Fox News kanalında deyib. “(Bayden) dörd il ərzində Kim Çen Inla danışmayıb.

O, iki il yarımdan çoxdur ki, prezident Putinlə danışmayıb. Lakin prezident Tramp başa düşür ki, sövdələşmələrdə iştirak edən hər kəslə danışmalıdır”, – Keyt Kelloq əlavə edib.

//Samir Qurbanov, Editor.az