Rusiya-Ukrayna münaqişəsində sülh perspektivləri təhlükəsizlik üzrə müşavirlər səviyyəsində müzakirə edilir – Almaniya kansleribackend

Rusiya-Ukrayna münaqişəsində sülh perspektivləri təhlükəsizlik üzrə müşavirlər səviyyəsində müzakirə edilir – Almaniya kansleri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra ölkələr, o cümlədən Ukrayna Rusiya-Ukrayna münaqişəsində sülh perspektivlərini təhlükəsizlik üzrə müşavirlər səviyyəsində müzakirə edir.

Editor.az bildirir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib. Onun fikrincə, sülh Rusiya “qoşunlarını geri çəkdiyi” istənilən vaxt mümkündür.

“Bir sıra ölkələr, o cümlədən Ukrayna təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində bunun sülh prosesinə gətirib çıxara biləcəyini müzakirə edir”, – deyə Şolz “Markische Allgemeine Zeitung”a bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqları 2022-ci ilin yazında Kiyevin təşəbbüsü ilə baş tutub və sonradan dayandırılıb. Ukrayna hakimiyyəti beynəlxalq platformalarda öz “sülh formulunu” təbliğ edir ki, bu da digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının çıxarılmasını və 1991-ci il sərhədlərinə qayıtmağı da nəzərdə tutur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu formulanı “xəstə təxəyyülün bəhrəsi” adlandırıb.

//Samir Qurbanov, Editor.az