Rusiya-Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə həlli mümkündür – Hindistanın baş naziri Narendra Modibackend

Rusiya-Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə həlli mümkündür – Hindistanın baş naziri Narendra Modi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın baş naziri Narendra Modi Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar zamanı deyib ki, Rusiya-Ukrayna münaqişəsinin yalnız dialoq və diplomatiya yolu ilə həlli mümkündür.

O əlavə edib ki, Hindistan sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırdır.

“Həll yolunu ancaq dialoq və diplomatiya yolu ilə tapmaq olar. Biz isə heç vaxt itirmədən bu istiqamətdə irəliləməliyik… Sizi əmin etmək istəyirəm ki, Hindistan sülhün əldə olunması üçün istənilən səydə fəal rol oynamağa hazırdır. Əgər şəxsən mən bu işdə hər hansı bir rol oynaya bilsəm, bunu edəcəm, sizi bir dost kimi əmin etmək istəyirəm”, – deyə Modi Vladimir Zelenski ilə görüşdə deyib . Narendra Modinin Kiyevə səfəri Hindistanın baş nazirinin Ukraynaya ilk səfəri olub. Avqustun 8-də Modi Moskvaya rəsmi səfər edib və burada Vladimir Putinlə danışıqlar aparıb. “Bloomberg” yazıb ki, Hindistanın baş naziri Rusiya və Ukrayna prezidentləri arasında mesajların ötürülməsinə razılaşıb.

//Samir Qurbanov, Editor.az