Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polisçuk bildirib ki, Rusiya Ukrayna münaqişəsinin nizamlanması üzrə real təklifləri müzakirə etməyə hazırdır.
“Rusiya tərəfi müasir reallıqları nəzərə alan və Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağa və həqiqətən hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağa aparan ciddi və real təkliflərin müzakirəsinə açıqdır”, – o, deyib. Diplomat vurğulayıb ki, Kiyev danışıqlara hazır olmadığını nümayiş etdirir. Polisçuk xatırladıb ki, məhz Ukrayna tərəfi 2022-ci ilin aprelində Rusiya ilə birbaşa əlaqəni dayandırıb və həmin ilin sentyabrında Rusiya rəhbərliyi ilə danışıqlara rəsmi qadağa tətbiq edib və bu qadağa qüvvədə qalır.
Aleksey Polisçuk həmçinin bildirib ki, Rusiya ATƏT-in Ukraynadakı “psevdosülhməramlı” missiyası ilə ssenarinin təkrarlanması ehtimalını qəbul etmir və istənilən xarici müdaxilənin əleyhinədir.
//Samir Qurbanov, Editor.az