2024-cü ildə Ukraynada hərbi əməliyyatların sona çatması üçün heç bir perspektiv görmür.
Editor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan CNN Türk telekanalının efirində deyib. O, 2025-ci ilə ümidlü olduğunu bildirib.
“Münaqişənin digər regionlara, Şərqi və Mərkəzi Avropaya sıçraması təhlükəsi var, nüvə silahından danışılır. Biz görürük ki, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayırlar. Avropa bizdən daha çox narahat olmalıdır. Lakin 2024-cü ilə gəlincə, düzünü desək, biz həll yolu üçün əsas görmürük”, – cənab Fidan bildirib.
Xatırladaq ki, martın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya nümayəndələrinin iştirakı ilə sülh sammiti keçirməyə hazır olduğunu bəyan edib.
//Samir Qurbanov, Editor.az

