Rusiya Müdafiə Nazirliyi Ukraynanın Qara dənizdə müxtəlif bölgələrə, Rusiya hərbi gəmisinə pilotsuz uçuş və dəniz vasitələri ilə hücumlar təşkil etdiyini açıqlayıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, Nazirlikdən hücumlarla bağlı verilən ayrı-ayrı açıqlamalara görə, Ukrayna dünən gecədən başlayaraq müxtəlif saatlarda Belqorod bölgəsində bir dəfə, Bryansk bölgəsində üç dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib.
Açıqlamaya görə, hücumların qarşısı alınıb.
Başqa bir açıqlamada isə Ukrayna Silahlı Qüvvələrinin saat 05:00 radələrində Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” adlı patrul gəmisinə 5 pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd etdiyi bildirilib.
//Safura Bənnayeva, Editor.az

