Rusiya-Ukrayna savaşı: son gündə nələr baş verib?backend

Rusiya-Ukrayna savaşı: son gündə nələr baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənə aid şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 13 zərbə endirib.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, zenit-raket kompleksinə və düşmənin iki elektron döyüş stansiyasına bir zərbə endirilib. Ukrayna müdafiəçiləri əməliyyat-taktiki səviyyəli 2 kəşfiyyat PUA-nı da məhv ediblər.

Baş Qərargah həmçinin düşmənin raket qüvvələri bölmələrinin zenit-raket kompleksini, 11 artilleriya silahını və sursat anbarını vurduğunu da bildirib.

//Samir Qurbanov, Editor.az