Rusiya-Ukrayna sərhədində qızğın döyüşlər gedir – Rusiya mətbuatıbackend

Rusiya-Ukrayna sərhədində qızğın döyüşlər gedir – Rusiya mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna sərhədində qızğın döyüşlər gedir.

Editor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda deyilir: “Rusiya və Ukrayna sərhədində döyüşlər gedir. İlkin məlumatlara görə, “diversantlar” tankların köməyi ilə Şebekino keçid məntəqəsinə hücum ediblər. Onlar sərhədçilər və Müdafiə Nazirliyinin döyüşçüləri tərəfindən dayandırılıb”.

Hadisə şahidlərinin sözlərinə görə, Maslova Pristan yaxınlığında Şebekinoya gedən yol bağlanıb. Eyni zamanda Rusiya Könüllülər Korpusunun və “Rusiya Azadlığı” legionunun döyüşçüləri Rusiya sərhədindən, necə deyərlər, videomüraciətlər yayıblar. “Çox yaxında biz sülh, azadlıq və əmin-amanlıq gətirmək üçün Rusiya ərazisinə irəliləyəcəyik. Qayvoron hələ başlanğıcdır”, – rusiyalı könüllü bildirib. Onun sözlərinə görə, keçən dəfə xeyli texnika ələ keçiriblər.

Onlar bütün Rusiyanı – Belqoroddan tutmuş Vladivostoka qədər azad etməyi planlaşdırırlar ki, “Moskva üzərində ağ-göy-ağ azadlıq bayrağı dalğalansın”.

  //Samir Qurbanov,Editor.az