Rusiya Ukrayna sərhədinə ordunu belə yığır – Şok fotolarbackend

Rusiya Ukrayna sərhədinə ordunu belə yığır – Şok fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vol Strit Jurnal” qəzeti Rusiya qoşunlarının Krımda və Ukrayna sərhədlərində yerləşməsi ilə bağlı peyk görüntülərini yayıb.

Axar.az xəbər verir ki, peyk görüntüləri 27 mart-16 aprel aralığında “Maxar Technologies” şirkəti tərəfindən çəkilib. Şirkətin rəhbəri Den Yablonski bu görüntüləri əslində regionda baş verənlərlə bağlı şübhəni ortadan qaldırmaq üçün yaydıqlarını bildirib.

Fotolardan birinin Krımdakı aerodromu əks etdirdiyi vurğulanıb. Belə ki, bu aerodromda mart ayında heç bir Su-30 təyyarəsi olmadığı halda hazırda burada onlarla qırıcı görünür.

Digər görüntünün isə Voronej yaxınlığındakı düşərgədən olduğu qeyd edilib. Görüntülərdən Rusiyanın bu əraziyə kəşfiyyat dronları, motoatıcı və artilleriya bölmələri yığması əks olunub.