Rusiya Ukraynada atəşkəslə bağlı ABŞ-la danışıqlar aparıb?backend

Rusiya Ukraynada atəşkəslə bağlı ABŞ-la danışıqlar aparıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukraynadakı münaqişənin dondurulması təklifi ilə çıxış etməsi məlumatını təkzib edir.

Editor.az xəbər verir ki, bir gün əvvəl “Reuters” xəbər vermişdi ki, Rusiya ABŞ-a Ukraynada atəşkəs təklif edib, lakin ABŞ bu təklifi rədd edib.

“Xeyr, bu doğru deyil” – Kremlin sözçüsü bildirib. “Reuters” iddia edib ki, Putin hazırkı təmas xəttlərində münaqişənin dondurulmasını təklif edib və Rusiya Federasiyasının qəbul etdiyi ərazilərin heç birini vermək istəməyib. Dövlət Departamenti də ABŞ-ın Ukraynada Rusiya ilə atəşkəslə bağlı danışıqlar aparmadığını bildirib.

//Samir Qurbanov, Editor.az