Rusiya Ukraynada nüvə silahından istifadəyə hazırlaşır?backend

Rusiya Ukraynada nüvə silahından istifadəyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) açıqlama yaydı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukraynada nüvə silahından istifadəyə hazırlığının əlamətlərini qeydə almayıb.

Bunu MKİ direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib. “Nüvə sarsıntısı ehtiyatsızlıq və məsuliyyətsizlikdir”. ABŞ hadisələri diqqətlə izləyir. “Bu günə qədər biz nüvə silahının istifadəsinə hazırlığı göstərən heç bir əlamət müşahidə etmirik” – deyə Börns əmin edib.

“Financial Times” (FT) yazır ki, Çin prezidenti Si Cinpin mart ayında şəxsi görüşü zamanı Vladimir Putinə Ukraynadakı hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib. Nəşrin Kremlə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Putin taktiki nüvə silahından istifadənin Rusiyaya döyüş meydanında üstünlük verməyəcəyinə qərar verib. Onun mətbuat katibi Dmitri Peskov isə Pekinin tələbi ilə bağlı məlumatı uydurma adlandırıb.

  //Samir Qurbanov, Edior.az