Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynadakı əraziləri ələ keçirmək məqsədindən əl çəkməyəcək və buna diplomatik və ya hərbi yolla nail olacaq: “Biz münaqişənin kök səbəblərini diplomatiya yolu ilə aradan qaldırmağa üstünlük verərdik, amma əgər onlar bizimlə danışıqlar aparmaqdan imtina etsələr, Rusiya tarixi torpaqlarımızı hərbi yolla azad edəcək”, – deyə Putin Rusiya Müdafiə Nazirliyinin Kollegiyasının iclasında bildirib.
O, həmçinin Rusiyanın əsas ərazilərdə hücum tempini artırmaq imkanına malik olduğunu bildirib: “Son aylarda ələ keçirdiyimiz mövqelər, yaratdığımız körpü başlıqları və əlbəttə ki, düşmənin dərin müdafiəsini yarmaqda döyüşdə qazandığımız unikal taktiki və əməliyyat təcrübəsi strateji əhəmiyyətli ərazilərdə hücum tempini artırmağa imkan verir”, – deyə o bildirib. Putin həmçinin deyib ki, “Oreşnik” raket sistemi ilin sonuna qədər döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
//Samir Qurbanov, Editor.az

