Rusiya Ukraynadakı müharibədə ilk dəfə hipersəs raketdən istifadə etdi – VİDEObackend

Rusiya Ukraynadakı müharibədə ilk dəfə hipersəs raketdən istifadə etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Kinjal” hipersəs raketinin hərbi əməliyyatlar zamanı ilk rəsmi istifadəsini əks etdirən videogörüntülər yayılıb.

Rusiya Silahlı Qüvvələri bu silahlardan Ukraynanın İvano-Frankovsk vilayətindəki hərbi bazasını atəşə tutarkən istifadə edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə hipersəs raketlərinin Ukraynada ilk dəfə istifadə edildiyini bildirmişdi.