Rusiya, limanlarda yaranan sıxlıq səbəbindən taxıl ixracı ilə bağlı çətinliklər yaşayır. Həmin taxılın əhəmiyyətli hissəsini müvəqqəti işğal olunmuş ərazilərdən oğurlanmış Ukrayna taxılları təşkil edir.
Editor.az “Bloomberg”ə istinadən bildirir ki, Rusiya iyul ayında 4,4 milyon ton buğda göndərib ki, bu da rekord aylıq göstəricidir və orta hesabla təxminən 60% çoxdur. ABŞ hökuməti qeyd edir ki, Rusiya ixrac mövsümünə son üç onillikdə ən böyük buğda ehtiyatı ilə başlayıb. Azov dənizindəki bəzi terminallar anbar tutumunun olmaması səbəbindən taxıl qəbulunu dayandırıb. İndi buradakı kiçik Rusiya limanları Qara dənizin Novorossiysk taxıl limanından daha çox yüklənir.
“SovEcon”un məlumatına görə, Rusiyada satışlar son həftələrdə külli miqdarda taxılın emalı nəticəsində yaranan “darboğazlara” görə səngiyib. Qeyd olunur ki, adətən Azov dənizinin limanlarından üzən gəmilər Qara dənizdən daha da irəliləyən Kerç boğazında daha böyük gəmilərə boşaldılır. Lakin təhlükəsizlik səbəbi ilə boğazda naviqasiya məhdudlaşdırılıb. Bundan əlavə, Rusiya neft tankerinə vurulan zərbədən sonra bəzi gəmi sahibləri Rusiya limanlarına daxil olarkən daha ehtiyatlı davranmağa çalışırlar.
//Samir Qurbanov, Editor.az