Almaniya kansleri Fridix Merz daha əvvəlki çıxışlarında ölkəsinin Ukraynaya qoşun göndərmək niyyətində olduğunu bildirirdi. Lakin son günlər bu mövqeyində kəskin dəyişiklik müşahidə olunur. O belə bir ssenarini ümumiyyətlə istisna edib və Qərbin prosesdə bu şəkildə iştirakına qarşı çıxıb.
Almaniyanın cəsarətli çıxışlardan sonra geri addım atmasının səbəbi nədir? Kiyevin müttəfiqləri bu formada yaxın zamanda tamamilə onu taleyin ümidinə buraxa bilərmi?
Globalinfo.az-a danışan siaysi şərhçi Şəhla Cəlilzadə deyib ki, Avropa xüsusi xidmət orqanlarının hesablamalarına görə, qarşıdakı 3-5 ildə, bəlkə daha tez Rusiya Ukraynanı tam zəiflətdikdən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinin işləkliyini test edə bilər:
“Yəni Rusiyanın Ukraynanı məğlub etdikdən sonra NATO üzvü olan ölkələrə hücumu qarşıdakı dövr üçün gözləniləndir. Təşkilatın nizamnaməsinin 5-ci maddəsinə görə isə bir NATO ölkəsinə hücum bütün üzvlərə hücum hesab edildiyi üçün kollektiv təhlükəsizliyin təmini mexanizmi işə düşməlidir. Bu isə potensial olaraq Avropa və ABŞ-ın da Rusiya ilə birbaşa açıq müharibəyə daxil olması, yəni III Dünya müharibəsi deməkdir.

Avropa hələ ki buna hazır deyil. ABŞ da, Avropa da bu ssenarinin reallaşmasına imkan verməyəcək. Odur ki, ABŞ-ın və Avropanın bütün yardımları Ukraynanı tam məğlubiyyətdən qorumaqla müharibəni uzatmağa, Rusiyanın resurslarını tükətməyə, müharibənin öz qapılarına çatmasına imkan verməməyə hesablanıb. Elə bu hesablamalardan yola çıxan Almaniya Kansleri Ukraynada müharibənin uzun müddət davam edəcəyini, əks təqdirdə “sabahkı gün növbə bizə çata bilər” deyə bildirib. Başqa ifadə ilə ABŞ və Avropa Ukraynanın Rusiya qarşısında hərbi müdafiəsini təşkil etməsi üçün tam dəstək verəcək, lakin müharibə bitməmiş Ukraynaya başqa heç bir hərbi-təhlükəsizlik vədi verilməyəcək.