Rusiya Ukraynanı Belarus ərazisindən vurdubackend

Rusiya Ukraynanı Belarus ərazisindən vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 6-na keçən gecə Rusiya aviasiyası Belarus ərazisindən Ukraynaya raket zərbəsi endirib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib. “Bu gün səhər saatlarında Belarusun hava məkanından işğalçı ölkənin strateji aviasiyasına məxsus 4 ədəd Tu-22M3 təyyarəsi Ukrayna ərazisinə hava zərbəsi endirib.

Sonuncu dəfə bu istiqamətdə aviasiyadan istifadə avqustun 28-də olmuşdu”. Qeyd edək ki, burada söhbət düşmənin X-22 raketləri ilə Xmelnitski bölgəsinə endirdiyi zərbədən gedir, Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib.

  //Samir,Editor.az