Rusiya Ukraynaya qarşı “Kinjal” adlı hipersəs raketlərindən istifadə edə bilər.
Bu barədə Britaniya kəşfiyyatının ölkənin Müdafiə Nazirliyinin Twitter-də dərc etdiyi hesabatında deyilir.
Editor.az-ın “Unian.net”ə istinadən yaydığı həmin hesabatda qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin Ukraynanın qərbindəki hədəflərə hücumlar zamanı guya bu cür silahlardan istifadə etdiyi haqda məlumat diqqət çəkib.
“Əgər xəbər doğrudursa, o zaman bunlar “İsgəndər” bazalı ballistik raket sistemi olan “Kinjal” olub. Rusiyanın bu raketlərdən istifadə iddiası çox güman ki, diqqəti Rusiyanın quru kampaniyasında uğursuzluğa düçar olduğunu ört-basdır etmək məqsədi daşıyır”.
Britaniya kəşfiyyatı “Kinjal”ların savaşa cəlb edilməsinin işğalçıların hərbi uğurlarına ciddi təsir edəcəyinə inanmır.
300 rus əsgəri əmrə tabe olmayaraq döyüş bölgəsini tərk edib
Sumı vilayətinin Axtırka yaxınlığında 300-ə yaxın rus əsgəri döyüşməkdən imtina edərək texnikası ilə birlikdə ərazini tərk edib.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan həmin məlumata görə, Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik halları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrinə tabe olmaqdan imtina edib və 70 texnika ilə əməliyyat zonasını tərk edib”.
Daha əvvəl də kəşfiyyat məlumatlarında bildirilmişdi ki, müharibədə iştirakdan imtina edən rusların sayı artmaqdadır.
Gələcək taleyini göz önünə gətirən “xilaskarlar” kütləvi şəkildə doğmalarına müraciət edərək onların evlərinə qayıtmasına köməklik göstərməyi xahiş edirlər.irlər. İşğal bölmələrinin komandirləri isə onları şəxsi heyətin qalan hissəsindən təcrid edərək, ciddi mühafizə altında saxlamağa çalışır və yaxınlarına qarşı cinayət məsuliyyəti və repressiyalarlarla onları qorxudurlar.

