Rusiya Ukraynanı raketlə vurdu: 34 yaralı varbackend

Rusiya Ukraynanı raketlə vurdu: 34 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətindəki yaşayış məntəqəsinə raket zərbəsi endirib. Nəticədə 5-i uşaq olmaqla, 34 nəfər yaralanıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko açıqlama verib.

Ukrayna Xarici İşlər Nazirliyi bütün Ukrayna ərazisində hava hücumundan müdafiə sistemlərinin havada 18 raketdən 15-ni məhv etdiyini açıqlayıb. Son bir həftədə Rusiyanın Ukraynaya raket hücumları artıb.

Eyni zamanda, Ukrayna mətbuatının məlumatına görə, Rusiyanın Ukraynanın Uman şəhərində təşkil etdiyi raket hücumunda 23 nəfər ölüb.

//Safura Bənnayeva, Editor.az