Prezidentin mətbuat katibi Dmitri Peskov əmin edib ki, Rusiya hakimiyyəti Ukraynanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyünə mane olmaq niyyətində deyil.
O, bunu “iqtisadi inteqrasiya prosesi” adlandırıb və qeyd edib ki, “bu, istənilən ölkənin suveren hüququdur”. “Söhbət inteqrasiyadan, iqtisadi inteqrasiya proseslərindən gedir və burada təbii ki, heç kim heç bir ölkəyə nəyisə diktə edə bilməz. Və biz bunu etmək fikrində deyilik.
Amma təbii ki, təhlükəsizliklə bağlı, müdafiə və hərbi ittifaqlarla bağlı məsələlərdə mövqe tamamilə fərqlidir”, – Kreml sözçüsü mətbuata zəng zamanı bildirib.
//Samir Qurbanov, Editor.az