Noyabrın 28-də Rusiya Ukraynanın enerji infrastrukturuna hücum edib.
Editor.az bildirir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko Facebook səhifəsində bildirib. “Enerji sektoru yenidən düşmənin kütləvi hücumu altındadır, bütün Ukraynada enerji obyektlərinə hücumlar baş verir”. Nazir qeyd edib ki, təhlükəsizlik şəraiti imkan verən kimi atəşin nəticələrinə aydınlıq gətiriləcək.
Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın qanadlı raketləri və kamikadze pilotsuz təyyarələrinin Ukraynanın müxtəlif bölgələri üzərində uçuşu barədə məlumat verib.
//Samir Qurbanov, Editor.az