Rusiya Ukraynanın keçmiş xarici işlər naziri Klimkin barəsində axtarış qərarı veribbackend

Rusiya Ukraynanın keçmiş xarici işlər naziri Klimkin barəsində axtarış qərarı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna parlamentinin Ali Radasının keçmiş sədri Vladimir Qroysman və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) keçmiş sədri Aleksey Danilov da nazirliyin axtarışa verdiyi şəxslər siyahısına daxil edilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Rusiyaya qarşı hücum cəhdlərinin təşkilində iştirak edən ukraynalı məmurların tutulması istiqamətində fəaliyyətini davam etdirən Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş xarici işlər naziri Klimkin barəsində Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarış elan edildiyini açıqlayıb. Radanın keçmiş sədri Vladimir Qroysman və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş sədri Aleksey Danilovu axtarışa verdiyini bildirən nazirlik bu iki məmurun hansı maddə ilə axtarıldığı barədə məlumat verməyib.

Qeyd edək ki, Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukraynanın xarici işlər naziri vəzifəsində çalışıb. Qroysman 2014-2016-cı illərdə Ali Radanın sədri vəzifəsində çalışıb. Aleksey Danilov 2019-2024-cü illərdə Ukrayna SNBO-nun prezidenti olub. Apreldə Rusiya İstintaq Komitəsi Klimkin və Qroysmanı Donbassda partlayışlar və digər cinayətlərdə ittiham edib.

//Gülnarə Abasova, Editor.az