Rusiya Ukraynanın müttəfiqləri ilə müharibəyə hazırlaşır?-AÇIQLAMAbackend

Rusiya Ukraynanın müttəfiqləri ilə müharibəyə hazırlaşır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İl yarımdan çoxdur ki, tərəflər arasında müharibə davam edir. Belə ki, bu müddətdə Rusiya 3-4 ay ərzində döyüşüb aldığı əraziləri qısa zamanda itirməyə başladı”.

Bunu Editor.az-a politoloq Samir Hümbətov Britaniyanın müdafiə naziri Ben Uollesin mətbuata açıqlamasında “Putinin hava qüvvələri və donanması var və kifayət qədər təhlükəli manevrlər edir. Onun hələ bizimlə işi bitməyib və 3-4 il mübarizə aparmaq əzmindədir” fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynada gedən müharibə Rusiya ordusunun hansı vəziyyətdə olduğunu ortaya qoyur: “Bu müddət ərzində “Moskva” kreyseri kimi böyük gəminin sıradan çıxarılması da onun donanma gücünün nə dərəcədə zəif olduğunu aşkara çıxartdı. Rusiyanın Ukraynada 250 minə yaxın əsgər, çox miqdarda silah-sursat, texnika itirməsi onu göstərir ki, ordu tam hazır vəziyyətdə deyil. Rəsmi Moskvanın İrandan “Shahed” dronları alması da Rusiyanın dron bazasının zəif olduğundan xəbər verir.
Ancaq təbii ki, Rusiyanın əlavə gücləri ola bilər. Ukrayna ilə müharibə aparırsa, bu o demək deyil ki, bütün gücünü ona sərf edəcək. Rəsmi Moskvanın müttəfiqlik münasibətləri olsa da ən ehtiyat etdiyi ölkələrdən biri Çindir. Buna görə də Rusiya əlində olan imkanları səfərbər edir, Ukraynada başlatdığı müharibədə belə qələbə qazana bilməyən bir dövlətin digər ölkələrlə müharibəyə başlamaq imkanı o qədər də geniş və perspektivli görünmür “.

//Safura Bənnayeva, Editor.az