Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova nüvə silahının Ukraynaya təhvil verilməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə bütün öhdəliklərin pozulması olacağını və Moskvanın belə bir ssenariyə imkan verməyəcəyini bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu ehtimala bəzi Qərb siyasətçiləri və rəsmiləri yol açır. “Əgər həqiqətən də nüvə silahı Kiyev rejiminə verilərsə, bu, bunu etməyə cəsarət edənlər tərəfindən NPT üzrə bütün öhdəliklərin birbaşa pozulması olacaq. Təbii ki, Moskva bu ssenarilərin heç birinə imkan vermək niyyətində deyil.
Ölkəmiz üçün Kiyev rejiminin nüvə silahı əldə etməsi qətiyyən yolverilməzdir”, – Mariya Zaxarovanın Budapeşt Memorandumunun 30 illiyi münasibətilə şərhində deyilir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, “Qərbin düşmənsayağı anti-Rusiya hərəkətləri” kontekstində Rusiya nüvə gücləri arasında birbaşa hərbi toqquşma riskləri və “ağır nəticələr” barədə xəbərdarlıq etməyə məcburdur. “Rusiya heç kəsi nüvə silahı ilə hədələmir və bunun əksini ifadə edən hər hansı bəyanatlar qəsdən anti-Rusiya yalanından başqa bir şey deyil”, o qeyd edib.
//Samir Qurbanov, Editor.az