Oktyabrın 31-nə keçən gecə Rusiya Poltava vilayətinin Mirqorod rayonu ərazisinə raket zərbəsi endirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Poltava vilayətinin qubernatoru Filip Pronin məlumat verib.
“Mirqorod bölgəsinə gecə hücumu baş verib. Hadisə nəticəsində insan tələfatı olmayıb, infrastruktura heç bir ziyan dəyməyib”,-deyə o qeyd edib.
Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə , raket təxminən gecə yarısı Mirqorod istiqamətində hərəkət edib. İnsanlar dərhal sığınacaq tapmağa çağırılıb. Monitorinq kanalları bunun X-59 raketi ola biləcəyini bildirib.
Aviasiya silahlarından istifadə təhlükəsi ilə əlaqədar Sumı, Çerniqov, Poltava və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
//Safura Bənnayeva, Editor.az

